KXCP-nin Salyan rayon şöbəsi “Demokratik Birlik” fraksiyasına dəstək verib. Bu qərar sentyabrın 26-da rayon şöbəsinin İdarə Heyətinin növbəti yığıncağında qəbul olunub. Yığıncağa KXCP Salyan Rayon Şöbəsi Məclisinin sədri Vaqif Haciyev sədirlik edib. Elə bu barədə də qəzetimizə məlumatı V.Hacıyev verib. Rayon şöbəsinin toplantısının gündəliyində duran əsas məsələlərdən biri KXCP tərkibində yaranmış “Demokratik Birlik” Fraksiyasına münasibət bildirilməsi olub. Salyan rayon şöbəsinin üzvləri fraksiyanın yaradılmasına yüksək dəyər verdiklərini və demokratik düşərgənin birarya gəlməsi üçün ciddi bir addım olduğunu elan ediblər.
İnformasiya şöbəsi