Sentyabrın 24-də Şəki mərkəzi bazarının rəhbəri Ülfət İbrahimov həbs edilib. “Azadlıq”a sızan məlumata görə, U.İbrahimovu Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi saxlayıb və barəsində 3 aylıq həbs qərarı seçilib. Qeyd edək ki, Ü.İbrahimov Şəkinin sabiq icra başçısı Nazim İbrahimovun qardaşıdır.
Bu qardaşlar Şəkidə böyük maddi imkana sahib olmaları ilə tanınırlar. Ü.İbrahimov isə 10 ildən artıqdır adı çəkilən bazarın rəhbəri olub.
Məsələni Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Azadlıq”a təsdiqləyib.
Keçmiş icra başçısının qardaşı həbs edildi
•
•