Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Savaş Ay Azərbaycan haqda yazıb. Savaş bəy yazısının əvvəlində qardaş ölkəyə, onun mədəniyyətinə uşaqlıqdan bəri bəslədiyi sevgidən, Azərbaycana səfərlərindən, bölgələrimizi, görməli yerlərimizi doya-doya gəzməsindən danışır. Türkiyədən gələnləri necə sevgi və sayqıyla ağırlamağımızdan da söz açır və… lakin son illərdə: “Lakin son yıllarda giderek tatsızlaşan ilişki biçimleri de gelişiyor kardeşler arasında sanki. Bizim memleket insanlarından da, onlardan da birbirimizi örseleyecek hareket yapanlar oluyormuş duyuyorum”.
Bundan sonra Savaş bəy mətləb üstünə gəlir. Bir Türkiyə vətəndaşının ona göndərdiyi imdad dolu məktubdan söz açır və məktubu olduğu kimi köşəsində yerləşdirir.
Məktubun xanım müəllifi qızının Türkiyədə imtahandan uğurla keçərək Azərbaycan Dövlət Tibb Institutuna qəbul olunmasından, Bakıya gəlmələrindən, Tibb institutundakı iyrənc reallıqdan, polisin rüşvətxorluğundan yazır: “Kızımı aldım Bakü’ye götürdüm yerleştirdim ve hala şoktan çıkamadım. Hangisini anlatayım size; böyle devlet anlayışı olur mu, böyle tıp fakültesi olur mu? Olanlara inanamazsınız”.
Əlbəttə, bir türk vətəndaşı üçün bunlar inanılmaz olaylardı. Dövlət dediyin bu deyil axı.
Məktubda deyilir: “Bakın neler oluyor, birkaç örnek: Tıp Fakültesinde ders falan yok, her şeyin fiyatı belli. Devamsızlıklar, sınav notları hep ücrete tabi… En ucuzu 10 dolar, kesinlikle çalışırım, geçerim diyemezsiniz. Dekanla bile pazarlık yapılıyor. Örneğin 2 geçer not 40 dolar, 4 almak isterseniz 100 dolara kadar çıkıyor; vermeden imkanı yok, geçilmez…”.
Məktub müəllifi qızının öncə yerləşdiyi yataqxanada oğlanlarla qızların eyni tualetdən yararlandığını, Tailandlı, Banqladeşli qızların fahişəliklə məşğul olduğunu, bunun qarşılığında isə yataqxana müdirinə haqq ödəndiyini, hər axşam isə polisin qapını döydüyünü yazır: “Her akşam kapıyı polis çalıp günlük haracını, 2-3 dolar alıyor, vermezseniz odanızda esrar (narkotik – R.) buldum diyor”.
Xanım daha sonra qızını yataqxanadan çıxarıb ev tutduğundan, hər gün qapını kəsdirən qaz-işıq pulu yığanlardan danışır, qızını auditoriyalar buz kimi olduğundan instituta göndərmədiyini, əvəzində davamiyyət üçün rüşvət verdiyini və ən dəhşətlisi isə ötən il cəmi 2 ay dərsə getməklə imtahanları verib növbəti kursa keçdiklərini bildirir: “Ben ÖSS’ye söyledim, bakın pasaportumuza, 2 ayda sınıf geçtik dedim. Böyle tıp olur mu? Bunlar 3 yıl sonra Çapa’da, Hacettepe’de, Ege Tıp’ta nasıl okuyacaklar?.. Bunlar doktor olacak güya. Geri dönenlerin bir bölümü zaten akıl hastası olup, geldikleri yeni okullarda sınıf geçemiyorlar. Yazık değil mi bu çocuklara?..”.
Məktubun sonu az qala göz yaşları və yalvarışlarla bitir: “Ne olur, ne olur Savaş Abi, bir şeyler yapın da, bizi bu rüşvet batağından, fuhuş yuvasından kurtarın. Bir devleti biz Türk aileler beslemesin… Yalvarıyorum bu çocukları kurtarın; yüzlercesi çile çekiyor, maddi-manevi azap çekiyor. Yardım et onlara abi ne olur… (Aylin K…)”.
Savaş bəy məktubu təqdim etməmişdən əvvəl yazır: “Ama az sonra okuyacağınız satırlarda yazan olaylar doğruysa vay ki vay. Yanlış olmasını temenni ederek…”.
Qüsura baxmayın, Savaş bəy, nə yazıqlar ki… vay ki vay! Deyilənlər doğru. Yeri gəlmişkən, bundan sonra millət vəkilliyinin bu dövlətdə para qarşılığında satıldığını yazan olsa, şübhə etməyin. Bu günlər isti-isti yayılmış videoya baxın. Bura Azərbaycandı. Analogiyası olmayan inkişaf dövləti. Bütün dünyanın paxıllıq etdiyi məmləkət. Siz isə vətəndaşlarınıza çatdırın, qoy gələr olsa, Azərbaycana ancaq mazoxistlər gəlsin. Bura onlar üçün əsil cənnət olacaq. Qaranti.

Azərbaycan – mazoxistlərin cənnəti
•
•