Əməkdar artist Tünzalə Ağayeva “Menar” adlı məktəb açıb. Zəka imkanlarının genişləndirilməsi üçün nəzərdə tutulan məktəb 4-12 yaş arası uşaqlar üçündür. Məktəbin təsisçisi Tünzalə Ağayeva “Menar”ın uşaqların riyaziyyatla bağlı problemlərini tez bir zamanda həll etməsinə köməkçi olacağını bildirib.
Müğənni yeni işinin sənətində maneçilik törətməyəcəyini deyib: “Menar” ilk dəfə Yaponiyada açılıb. Mənə isə Türkiyə təmsilçiləri Bakıda da belə bir məktəb açmağı təklif etdilər. Müqavilə bağladıq və hüquqlarını aldım. Bir müddətdən sonra “Menar”ın şöbələrini açacam. Amma bu, sənətimə təsir etməyəcək. Böyük layihələr hazırlayıram. Oktyabrın sonunda Avstriyada böyük bir tədbirdə çıxış edəcəyəm” (525.az).