Bakıda tikinti şirkəti ilə sakinlər arasında qalmaqal

Şirkət işçiləri polislə birgə bir ailənin üzvlərinə xəsarət yetirib

Bülbül prospekti 50, mənzil 8 ünvanında yaşayan sakinlərlə “RTZ” MMC şirkət arasında qalmaqal davam edir. Daha doğrusu bu ünvanda yaşayan Xavər Kərimova və onun həyat yoldaşı Həzərxan Feyzullayevin adəçəkilən şirkətlə məhkəmə çəkişməsi başa çatsa da, şirkət onlardan əl çəkmək istəmir. Buna səbəb isə ailənin onlara verilən kompensasiya ilə razı olmamasıdır. 2006-cı ildən davam edən məhkəməni uduzan şirkət bundan sonra ailə ilə zor müstəvisində danışmağa üstünlük verib. Bu işdə onlara 22 polis bölməsinin əməkdaşları da yardımçı olub. Üzləşdikləri zorakılıqla bağlı Daxili İşlər Nazirliyinə, baş prokurora və ölkə başçısınıa şikayət edən sakinlər bir müddət rahat yaşaya bilib. Lakin sentyabrın 26-da şirkət işçiləri polis əməkdaşları ilə birlikdə yenidən Həzərxan Feyzullayevin mənzilinə hücum çəkərək onun həyat yoldaşı Xavər Kərimovaya başında ağır xəsarət yetirib. Hazırda kəllə-beyin travması alan Xavər Kərimova ağır vəziyətdə 1 şəhər Kliniki xəstəxanasında həkim nəzarəti altındadır.