Elşad Abdullayevin qardaşı Baş Prokurorluqda işləyir

Son günlər rüşvət mövzusu ilə gündəmə gələn Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qardaşının hüquq-mühafizə orqanlarında yüksək vəzifədə çalışdığı məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, Abdullayev Elsevər İslam oğlu Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsində şöbə prokuroru vəzifəsində çalışır. Son hadisələrdən sonra onun tutduğu vəzifədən uzaqlaşdırılacağı barədə məlumatlar yayılıb.

Elsevər Abdullayev isə APA-ya açıqlamasında onun işdən çıxarılması ilə bağlı məlumatları təkzib edib: “Mən hazırda iş başındayam”.

O, həmçinin qardaşı Elşad Abdullayevlə normal münasibətlərinin olduğunu açıqlayıb: “Elşad mənim qardaşımdır. Qardaşların münasibəti necə ola bilər ki?”