Dünən Müsavat Partiyasının qərargahında Ictimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısını keçirilib.
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Ədalət Yusifovun sözlərinə görə, toplantıda ictimai-siyasi vəziyyət, qəbul edilmiş qərarların icrası və cari məsələlər müzakirə olunub. Müzakirələrdən sonra Koordinasiya Şurası deputat Gülər Əhmədovanın internetdə yayılan və ciddi ictimai rezonans doğuran qalmaqallı videonu hakimiyyətin “seçki korrupsiyası” adlandırmağın vacibliyini bildirib və bəyanat qəbul edib. Həmçinin “Seçki korrupsiyası” adlı dinləmənin keçirilməsinə qərar verilib. Dinləmənin keçirilməsi 29 sentyabr, saat 12:00-a təyin edilib.
KŞ həmçinin Nigar Yaqublunun müdafiəsi ilə bağlı üzərinə düşən vəzifələrin icrasını da müzakirə edib.
Toplantıda həmçinin AXCP və IP üzvü Təzəxan Mirələmlinin özünə və ailəsinə qarşı təzyiqləri pisləyən bəyanat qəbul edilib.
***
İctimai Palatanın Koordinasiya Şurası rüşvət qalmaqalı ilə bağlı bəyanat da verib.
Bəyanatda bildirilir ki, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim elitaya və siyasi rəhbərliyə yaxınlığı lə tanınan Gülər Əhmədova və ABU- nun keçmiş rektoru, deputatlığa namizəd Elşad Abdullayev arasında axırıncının rüşvət müqabilində parlamentə deputat edilməsi barədəki video- sənəd cəmiyyətdə ciddi rezonansa səbəb olmuşdur.
Həmin videosənəddə Gülər Əhmədova tərəfindən Parlamentin seçkilərlə deyil, rüşvət müqabilində tərtib olunan və dəyişdirilə bilən Prezident siyahısı əsasında müəyyənləşdirildiyi açıq aydın ortaya çıxır. Habelə, Parlamentin rəhbər orqanlarına vəzifələrə təyinatın rüşvət əsasında aparıldığı göstərilir. Məlum olur ki, seçkili dovlət orqanlaını xalq yox, siyasi işbazlar və qruplar tərəfindən müəyənləşir və belə qruplar bir neçədir. Bundan başqa son dövrün ən mühüm proseslərindən olan İnsanov, Fərhad Əliyev işinin siyasi xarakterli olduğu təsdiqlənir və digər olduqca əhəmiyyətli məsələlər meydana çıxır.
Beləliklə çox məsuliyyətli bir dövrdə vətənin, xalqın, dövlətin taleyinin necə bir təhlükəli əxlaqi, mənəvi mahiyyətə malik bir qüvvənin əlində olduğu faktı ilə üz – üzə qalmışıq.İP KŞ hesab edir ki,bu cür tərtiblənmiş hər hansı orqan, azərbaycan xalqını iradəsini ifadə edə bilməz. Xatıladılır ki, 2005- ci il seçkilərinə aid Avropa Məhkəməsində 20- dən çox qərar çıxarılmışdı və bu çür parlamentlər legitim sayıla bilməz.
Yaranmış vəziyyətdən çıxış yolu seçki sistemində demokratik islahatlara nail olmaqla Milli Məclisin indiki tərkibinin istefaya getməsi və yeni parlament seçkilərinin keçirilməsidir. İP KŞ yaxın müddətdə bu çox ciddi siyasi korrupsiya faktının geniş ictimai müzakirəsini zəruri hesab edir və bu məqsədlə dinləmələr təşkil edəcəyini bildirir. Seçki korrupsiyası faktı üzrə hakimiyyət orqanlarının atacağı addımlar diqqətlə izlənir və vəziyyətə uyğun digər tədbirlər həyata keçiriləcəkdir.