ABŞ və İngiltərə BMT TŞ-nı hədəf aldı

Klinton və Kameron qurumun Suriyadakı fəaliyyətsizliyini sərt tənqid etdi

ABŞ dövlət katibi Hillari Klinton BMT Təhlükəsizlik Şurasının Suriya məsələsində iflic hala düşdüyünü bildirib. Klinton TŞ-nın fəaliyyətsizliyinə etiraz edərək qurumun dərhal prosesə müdaxilə etməsi tələbini qaldırıb. İngiltərənin baş naziri Devid Kameron isə BMT Baş Assambleyasının illik toplantısında çıxışı zamanı TŞ-nın Suriyayal bağlı mövqeyini sərt tənqid edib.

Hillari Klinton BMT TŞ-nın Suriyadakı zorakılığa son qoymalı olduğunu deyib. O, şuraya üzv ölkələri doğru yolu tapmağa çağırıb. Devid Kameron bir neçə gün əvvəl ortaya çıxan suriyalı uşaqlara işgəncə verilməsini isbatlayan kadrların BMT üzərində bərbad ləkə olduğunu söyləyib.