ulduz fali

Günün ulduz falı (26.09.12)

QOÇ
Maraqlandığınız işlərlə məşğul olmaq vaxtıdır. Elmi fəaliyyətdə uğurlar mümkündür. Yeni məlumatları tez mənimsəyir, təzadlı, amma doğru mülahizələri tez tapırsınız. Hörmət etdiyiniz insanlarla ünsiyyət yaxşı keçəcək.
BUĞA
Günün ilk yarısı ünsiyyətlərdə çox diqqətli olun. Istəmədən nəsə deyərək yaxın bir adamınızı incidə bilərsiniz, sözlərinizə fikir verin. Sizi yaxşı tanımayan adamlarla bu günə görüş təyin etməyin, onlarda yaxşı təəssürat yaratmayacaqsınız və bunun nəticələrini aradan qaldırmaq çox çətin olacaq. Haqlı olduğunuzu sübut etmək istəyirsinizsə, bir qədər özünüzə də kinayə ilə yanaşın, bu sizi pis vəziyyətdən çıxarar.
ƏKIZLƏR
Səhəriniz elə də nikbin notlarla başlamır, amma onu tezliklə uğurlu edəcəksiniz. Əsas odur ki, təslim olmayasınız. Ilk cəhddən alınmayan ikinci dəfə mütləq alınacaq. Eksperiment edərək özünüzü riskə ata bilərsiniz. Ilk dəfə “əl bulaşdırdığınız” işlər daha yaxşı nəticələr verəcək.
XƏRÇƏNG
Günün birinci yarısı çox ehtiyatlı olun. Neqativ emosiyaların təsiri çox güclüdür və sizin onlara qarşı müqavimətiniz zəifdir. Qıcıq və əsəbiniz aşıb-daşır, heç bir günahı olmayan adamların başında çatlayır. Xoşbəxtlikdən günortadan sonra müsbət tendensiyalar artmağa başlayacaq və hər şey düzələcək.
ŞIR
Uğursuz, çətin səhər bütün gününüzün əhvalını ayarlayacaq. Heç gözləmədiyiniz halda pis əhval-ruhiyyəniz özünü büruzə verəcək. Normal durumda siz nədənsə qəzəblənir, küsür, özünüzü tamamilə bədbəxt hiss edirsiniz. Bu, yaxınlarınızı çox kədərləndirir, onların sizi şənləndirmək səyləri isə hədər gedir.
QIZ
Çox gərgin, amma həddən artıq maraqlı gündür. Məhz bu gün yeni məlumatlar öyrənir, problemlərin həllinin qeyri-standart üsulunu tapır, həmçinin ətrafınızdakıları təəccübə salacaq istedadınızı nümayiş etdirirsiniz. Nəinki çətin situasiyadan çıxış yolu tapacaq, həmçinin bu çıxışı elə yerinə yetirəcəksiniz ki, ətrafdakılar sizə valeh olacaqlar.
TƏRƏZI
Sizinlə ünsiyyət xoş, asan və maraqlıdır. Odur ki, insanlar sizə doğru can atırlar. Öz fikir və ideyalarınızı, mülahizələrinizi başqalarıyla asanlıqla paylaşa bilərsiniz, heç kim onlardan inciməyəcək. Çox nəzakətlisiniz və bu səbəbdən bir çox qıcıqlı məqamları yoluna qoya biləcəksiniz.
ƏQRƏB
Çalışın gününüzü sizə faydalı və ciddi bir işə həsr edəsiniz. Məhsuldar işlə məşğul olacaqsınız. Istirahət barədə isə belə demək olmaz. Tənbəllik etməyin, əgər əlinizi işdən soyutsanız, qüssədən əhvalınız korlanacaq.
Həm planlaşdırılmış, həm də qəfil səfərlər yaxşı keçəcək.
OXATAN
Bu gün siz sərbəstlik naminə kiminlə desən vuruşmağa hazırsınız. Pis odur ki, daha çox yaxınlarınız qəzəbinizə tuş gəlir və boş bir mübahisə münaqişə həddinədək qızışır. Başqa tərəfdən, gün bədxahlarınızla mübarizə üçün çox uyğundur: burada qələbə şansınız çox böyükdür.
OĞLAQ
Sizin məqsəd və maraqlarınızı bölüşən insanlarla ünsiyyət üçün məsləhətli gündür. Dostluq və sevgi əlaqələri daha da möhkəmlənir, bir çox fikir ayrılıqları gözlənilmədən və tez aradan qalxır. Işlərinizdə qayda-qanun yaratmağa çalışın.
DOLÇA
Gün xoş və təsadüfi görüşlərlə doludur. Istənilən hadisədən mənfəət götürə bilirsiniz. Yaxınlarınızla fikir ayrılıqlarınız, demək olar, yoxdur, əməkdaşlıq üçün əla şərait yaranıb. Öz dediyinizin üstündə durun, şübhə etməyin. Günün ikinci yarısı düşünülməmiş hərəkətlər etməkdən özünüzü saxlaya bilməyəcəksiniz.
BALIQLAR
Bu gün sanki bütün mübahisələri, qarşıdurmaları maqnit kimi özünüzə çəkirsiniz. Hətta əvvəllər sizin hər sözünüzlə razılaşan insanlar bu gün sizin opponentinizə çevrilirlər. Nəzakətli olmağa çalışırsınız, amma sizdən gözlənilən sözlər ağzınızdan çıxmır, bu səbəbdən də çətin situasiyalar yaranır.