Bakıda daha bir sərnişin avtobusu “KamAZ”la toqquşdu

Bakıda bu gün növbəti ağır yol qəzası baş verib. Qaradağ rayonu, Sahil qəsəbəsində rayonlararası işləyən sərnişin avtobusu “KamAZ”la toqquşub. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, toqquşmadan sonra yük maşını yoldan çıxaraq ağaca dəyib.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Qəza yerinə bir neçə təcili yardım maşını cəlb olunub.