Haqqında “Hepatit C” xəstəliyindən əziyyət çəkdiyi və qaraciyər transplantasiyası edilməzsə öləcəyi haqqında xəbərlər yayılan məşhur aktrisa Ancelina Coli iddialara cavab verib. ANS PRESS-in məlumatına görə, İtaliyanın “Chi” jurnalı aktrisanın sözçüsünün açıqlamasını dərc edib. Rəsmi açıqmada deyilir:
“Ancelina Colinin sağlamlığı ilə bağlı çıxan xəbərlər 100 faiz yalandır. İndi 6 uşağı ilə birlikdə suriyalı qaçqınları düşünür. Buna görə də bəzən yemək yeməyi belə unudur. Yemək saatlarını bir ovuc fındıq və ya meyvə ilə ötüşdürür. Bred Pitt ilə təxirə salınan toyun da buna aidiyyatı yoxdur”.
Bununla da BMT-nin xüsusi səfiri Amerikanın “National Esquirer” jurnalının xəbərini təkzib edib.