İran “Oskar”ı baykot edir

Bu “İslamın məsumiyyəti” filminə etiraz əlamətidir

İran hökuməti “Oskar” mükafatını baykot edib. Buna səbə isə antiislam filmi olan “İslamın məsumiyyəti”dir. “Reuters” agentliyinin yazdığına görə, İranın mədəniyyət naziri Məhəmməd Hüseyni bu barədə bəyan edib. Onun sözlərinə görə, İran sözügedən filmə etiraz əlaməti olaraq və “Oskar” təşkilatçılarının qalmaqallı ekran işinə qarşı ictimai çıxış etmədiklərinə görə Amerika kinoakademiyasının təsis etdiyi mükafatda iştirakdan imtina ediblər.

Hüseyni həmçinin bütün qalan müsəlman dövlətlərinə bu məsələdə Tehranın ardınca getməyi tövsiyyə edib.(anspress.com)