İP-in Laçın şöbəsinin sessiyası olub

Ictimai Palatanın Laçın rayon təşkilatının növbəti sessiyasında bir neçə məsələ müzakirə olunub və qərarlar qəbul edilib. AXCP funksioneri Rafiq Daşdəmirlinin sözlərinə görə, sessiyada Laçın rayon təşkilatına yeni üzvlər qəbul olunub. Həmçinin təşkilatın yerlərdə fəaliyyəti üçün proqram hazırlanıb, müvafiq işlərin görülməsi üçün tapşırıqlar verilib.
Çıxışçılardan Əhməd Cəlaloğlu bütün laçınlıları Ictimai Palataya üzv olmağa çağırıb: “Hər bir laçınlı bizlərlə birgə haqqın və ədalətin bərpası uğrunda mübarizədə iştirak etməlidir. Üzvlərimizin sayının gündən-günə artması göstərir ki, biz laçınlılar öz gücümüzü göstərməyə qadirik. Haqsızlıqlara qarşı bir olmalıyıq. Hər bir laçınlı ən azı, 20 illik vətən həsrətinin acısını paylaşmaq, həmçinin vətəndaşlıq borcunu yerinə yetirmək üçün Ictimai Palatanın Laçın rayon təşkilatına gəlməlidir”.  
Dünən həmçinin AXCP Nizami rayon şöbəsinin Məclisi keçirilib. Məclisdə bir çox məsələlər müzakirə olunub. Bildirilib ki, rayon şöbəsi yaxın vaxtlarda Qadınlar Şurasının iclasının keçirilməsi və yeni dayaq dəstələrinin yaradılması üçün fəaliyyətə keçəcək.