Barak Obama BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən toplantısında çıxış edib.
ABŞ Prezidenti “biabrıçı” anti-İslam filminin yaratdığı zorakılıqları pisləyib və onları “BMT ideallarına hücum” adlandırıb.
O, deyib ki, ABŞ hökumətinin bu video ilə heç bir əlaqəsi yoxdur və o, hər kəsi bu videoya qarşı çıxmağa çağırıb.
Yaxın Şərqdə iğtişaşlar BMT Baş Assambleyasının əsas müzakirə məsələsi olacaq.
ABŞ-da istehsal olunmuş və Məhəmməd Peyğəmbəri təhqir edən videoya qarşı müsəlman dünyasında etirazlar, İranın nüvə proqramı və 18 aydır ki, davam edən Suriya münaqişəsi gündəliyin əsas məsələləridir.
ABŞ Prezidenti Suriya ilə bağlı danışarkən deyib ki, Bəşər Əsəd rejiminə son qoyulmalıdır.
Barak Obama deyib ki, ABŞ İranı nüvə silahları əldə etməkdən çəkindirmək üçün “lazım gələni” etməlidir.
Obama təxribatçı filmi BMT-də pislədi
•