QOÇ
Gün yeni başlanğıc və maraqlı ideyalarla zəngin olacaq. Bu gün daha çox ətrafdakıların qayğısına qalacaqsınız. Müsabiqəyə qatılmaq üçün məhsuldar gündür. Yarınızla bağlı xoş xəbərə sevinəcəksiniz. Şəxsi müstəvidə baş verənlər pozitiv xarakter daşıyacaq.
BUĞA
Çalışın, bu gün səhvə yol verməyəsiniz. Əks halda onun peşmançılığını çox çəkəcəksiniz. Sövdələşmə imzalamaq, kommersiya işlərilə məşğul olmaq, maliyyə məsələlərini yoluna qoymaq baxımından əlverişli gündür. Bu gün alış-veriş də etmək olar.
ƏKIZLƏR
Hadisə dolu gündür. Elə buna görə də gün yadda qalacaq. Istənilən məsələnin müzakirəsi üçün münasib gündür. Əvvəlcədən qurduğunuz plan əsasında səyahətə çıxsanız, uğurlu olacaq. Axşam saatlarında səhhətinizin pisləşəcəyi ehtimalı da var.
XƏRÇƏNG
Sakit gündür. Heç bir xırda detal gözünüzdən yayınmayacaq. Səliqə tələb edən işlərlə məşğul ola bilərsiniz. Yaxınlarınızı düzgün anlamayacaqsınız, bəzi “Xərçəng”lər mənasız yerə hirslənəcəklər. Xoşbəxtlikdən ciddi konfliktlər baş verməyəcək.
ŞIR
Fəlsəfi suallara cavab axtarmaq üçün əlverişli gündür. Köhnə tanışlardan birindən xəbər eşidəcəksiniz. Sizə xəbər gəlincə, narahatverici söz-söhbətlər gəzəcək. Təşvişə düşməzdən əvvəl informasiyanı yoxlayın. Ehtimal ki, kimsə sizi xəbərlərilə dolaşığa salmaq niyyətindədir.
QIZ
Hadisələr gözlədiyiniz kimi cərəyan etməyəcək. Rəsmi orqanlarla müqavilə imzalamaq məcburiyyətində qalacağınız ehtimalı var. Istədiyinizə çatacaqsınız, amma buna xeyli vaxt sərf edəcəksiniz. Ailədə kompromislərə hazır olun, bunsuz sülhü bərqərar etmək çətin olacaq.
TƏRƏZI
Gün müxtəlif tədqiqatların aparılması üçün münasibdir. Gözlənilməz xəbərlər sizi daha da ruhlandıracaq və siz bundan da yaxşısını edə biləcəyinizə inanacaqsınız. Həyat yoldaşınız olacaq adamla tanışlıq ehtimalı da da bu günə təsadüf edir.
ƏQRƏB
Başqalarının diqqətini çəkməyən xırda məsələlərə köklənsəniz, uğurlu nəticə əldə edəcəksiniz. Münasibətlərdəki gərginliyi yumor hissinizlə aradan qaldıracaqsınız. Ictimai tədbirlərdə çıxış etmək üçün ən əlverişli gündür. Yeni tanışlıqdan faydalanacaqsınız. Hərçənd ki, siz bu tanışlıqdan ilk baxışdan məmnun qalmayacaqsınız.
OXATAN
Maraqlı və məhsuldar gündür. Ətrafdakılarla ünsiyyət sizin üçün cansıxıcı görünsə belə, özünüzə qapılmağınız məsləhət görülmür. Sizin ünsiyyətə ehtiyacınız var. Böyük məbləğli alış-veriş edə bilərsiniz. Bürcün qadın nümayəndələrini imic dəyişikliyi gözləyir.
OĞLAQ
Qeyri-adi uğurlar gözlənilməsə də, ümumilikdə xoş gündür. Əlinizdə olan işlərə marağınız azalacaq. Bu üzdən bir balaca fasilə verməyiniz xeyrinizə olar. Yaxşı olar ki, ekskursiyaya, xüsusilə də romantik səyahətə çıxasınız. Bu gün bəzi “Oğlaq”ların əhvalı uşaqlarla təmasda olarkən qalxacaq.
DOLÇA
Hər işinizin rəvan getməsini istəyirsiniz. Özünüzə qarşı tələbkar və tənqidçisiniz. Bunun faydası var. Yaxşı olar ki, bu günə böyük miqyaslı planlar qurmayasınız. Sadəcə, gündəlik işlərlə məşğul olun. Nəhayət ki, əmək haqqınızın yüksəlməsinə nail olacaqsınız. Başqaları sizə hətta həsəd aparacaq.
BALIQLAR
Bu gün işiniz çox olacaq. Seçim qarşısında qalcaqsınız; evdəki problemləri həll etmək, yoxsa işdəki tapşırıqları yerinə yetirmək. Istənilən halda seçiminizdən iki tərəfdən biri narazı qalacaq. Gün həyəcan və narahatlıqla zəngin olacaq deyə, hisslərin təsiri altında verəcəyiniz qərar yanlış ola bilər. Daha təcrübəli şəxslərin məsləhətinə qulaq asın.

Günün ulduz falı (25.09.12)
•