Bakıda növbəti ağır yol qəzası baş verib. Hadisə bu gün saat 8.30 radələrində Binəqədi şossesi, “Söyüdlər” adlanan ərazidə qeydə alınıb.
142 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu yük ilə dolu “KamAZ”la toqquşub. Nəticədə avtobusda olan 10-a yaxın sərnişin xəsarət alıb. Yaralananlar arasında azyaşlı uşaqlar da var.
Şahidlər APA-ya deyiblər ki, qəza marşrut avtobusunun sürücüsünün günahı ucbatından baş verib.
Zərər çəkmiş sərnişinlər Bakı Travmotologiya və Ortapediya İnstitutuna aparılıb.
Bakıda marşrut avtobusu “KamAZ”la toqquşdu
•