Keçmiş prezidentin oğlu şok açıqlamalar verdi
Zəhərlənmə iddialarının yenidən gündəmə gəlməsindən sonra məzarının açılmasına qərar verilən Türkiyənin 8-ci prezidenti Turqut Özalın oğlu Əhməd Özal atasının daha əvvəl təyyarə qəzasında öldürülməsinə cəhd olduğunu deyib. “CNN Türk” kanalında yayımlanan “Cinayət və Dəlil” proqramına qatılan Əhməd Özal maraqlı açıqlamalar verib. O, Qartal Dəmirağ tərəfindən həyata keçirilən sui-qəsddən əvvək bir təyyarə qəzasından döndüklərini və son anda ölümdən qurtulduqlarını bildirib.
O zaman prezident və baş nazirə iki yeni təyyarə alındığını söyləyən Əhməd Özal içində 13 adamın olduğu təyyarənin Yeşilköy hava limanından havaya qalxdıqdan qısa zaman sonra təyyarənin kabinəsində iki elektrik qəzasının baş verdiyini və təyyarənin geriyə döndüyünü deyib:“Təyyarədə iki dəfə elektrik qəzası baş verəndə pilotdan geriyə qayıtmasını istədim. Təyyarə Böyükada üzərindən manevr edib geri dönərkən də elektrik enerjisi kəsildi. Pilot kabinəsindəki ekranda bütün dalğalar itdi. Simsiz rabitə qurğusu ilə dipsetçerlərlə də danışmaq olmurdu. Bir müddət sonra kabinədə duman qalxdı. Əgər geri dönməsəydik və daha 10 dəqiqə daha uçsaydıq geri dönüşümüz olmayacaqdı”.
Əhməd Özal həmin vaxt təyyarədə panika yaşandığını və təyyarə bələdçisinin hüşünü itirdiyini söyləyib:“Bir an içində hami panikaya düşdü. Təyyarə 90 dərəcə aşağıya doğru düşməyə başladı. Mən həyatımda ilk dəfə atamı qışqırarkən gördüm. Hər kəs çaxnaşma içində qışqırırdı və atamın belə “Hər kəs yerinə otursun, Allahın dediyi olar” dedi və hər kəs yerinə oturdu”.
Son anda ölümdən qurtulduqlarını deyən Əhməd Özal Türkiyənin 8-ci prezidentinin təyyarənin baqaj qapısından çıxarıldığını söyləyib:“Şinlər partladı. Kapitan hamının təyyarəni tərk etməsini istədi. Çünki partlayış baş verəcəyi aydın idi, hər tərəf yanırdı. Lakin qapı açılmadı. Ancaq arxadakı yük qapısından atamı çıxarda bildilər. Hamı o qapıdan 2.5 metr yüksəklikdən tullandı. Biz təyyarədən düşəndən sonra da dispetçer qərargahının olaydan xəbəri yoxuydu”.
Əhməd Özal proqramda Kartal Dəmirağ sui-qəsdi ilə bağlı bütün detalların Turqut Özal tərəfindən ortaya çıxarıldığını da xatırladıb. Onun sözlərinə görə, həmin illərdə Türkiyə böyük inkişaf tempinə qədəm qoymüşdü və Turqut Özal bu məsələni gündəmə gətirilməsinə qarşı çıxıb. 8-ci prezident “Bu məsələnin üzərinə getsək Türkiyə qarışar” deyib. Əhməd Özal atasına qarşı sui-qəsdin arxasında böyük ad və güclərinin olduğunu da bildirib. O, şübhəlilər və adı hallananlar barədə arxiv sənədlərinin olduğunu da vurğulayıb.
Turqut Özalın qızı Zeynəb Özal atasının məzarının açılmasına etirazını bildirib. Onun sözlərinə görə, Turqut Özalın zəhərlənərək öldürüldüyü ortaya çıxsa, bu Türkiyə dövlətinin ayıbı olacaq. Zeynəb Özal nəticə əldə olunmasa da atasının məzardan çıxarıldığı üçün üzüntü keçirəcəklərini də sözlərinə əlavə edib:“Bu günə qədər həmişə atamın zəhərlənərək öldürüldüyünü söyləmişik. Ölüm şəkli də atamın zəhərləndiyini göstərir. Niyə bu qədər vaxt keçməsinə baxmayaraq gerçəklər ortaya çıxarılmadı? İndi məzarı açılır. Bu, bizim inançlarımıza görə doğru deyil. Məzar açıldıqda atamın zəhərləndiyi ortaya çıxarsa, bu Türkiyə Respublikasının ayıbı olacaq. Atamın zəhərlənmə ehtimalına yüz faiz əminik. Bu ehtimal belə Türkiyə Respublikasının bir ayıbı olaraq tarixə keçəcək. Dövlət başqa dəlillər tapmalı və bu işə nöqtə qoymalıdır”.