Dəyərli oxucular!
“Azadlıq” qəzeti çox çətin bir sınaq qarşısındadır. Azərbaycanda alternativ fikrin heç bir güzəşt tanımayan yeganə tribunası olan, 1989-cu ildən bəri üzərinə düşən missiyanı şərəflə yerinə yetirən “Azadlıq” Azərbaycan hakimiyyətinin mətbuat siyasətinin qurbanına çevrilmək üzrədir. Artıq mətbuatda məlumat verilib ki, “Azadlıq”ın cəmi 25 min manat borcu, bundan xeyli artıq isə alacağı məbləğ var. Lakin Azərbaycanda qəzetçiliyin informasiya xidməti sahəsi olaraq ləğv edilməsi siyasəti və bu siyasətin tərkib hissəsi kimi ölkənin əsas yayım şirkəti olan “Qasid”in çökdürülməsi heç bir başqa gəlir mənbəyi olmayan, o cümlədən təbii ki, reklam gəlirlərindən də məhrum olan “Azadlıq”ın qapanmasına gətirib çıxara bilər. Biz anlayırıq ki, bu, azad sözün böhranı demək olardı və buna görə də çalışrıq ki, yaranmış durumdan çıxaq. Amma açığı, etiraf etmək istəyirik ki, yanız kollektivin səyləri və fədakarlığı hesabına bu çətin vəziyyətdən çıxacağımıza inamımız azdır.
İndi “Azadlıq” üçün bu ən ağır günlərdə kollektiv olaraq qəzetimizin sədaqətli oxucularına müraciət edirik. Hesab edirik ki, bizim oxucularımız, əslində “Azadlıq”ı seçməklə ölkədə söz azadlığının qorunub saxlanmasına xidmət etmişlər. Amma bu ağır günlərdə bizim oxucularımızın “Azadlıq”ın yaşaması, Azərbaycanda söz azadlığının bu mühüm qalasının duruş gətirməsi üçün daha bir fədakarlıq edəcəklərinə əmin olmaq istəyirik.
Biz qəzetə yardım kampaniyası elan edirik. Əlinizdən gələn yardımı əsirgəməyin. Bu, birdəfəlik maddi yardım da ola bilər, qəzetimizə abunə yazılmaq da. Edəcəkləriniz sadəcə sıradan bir qəzetə yardım deyil, azadlıq və demokratiya dəyərlərinin prinsipal, ardıcıl, güzəştsiz müdafiəçisi olan bir sosial mexanizmin böhrandan xilas olunması deməkdir.
Bu, Azərbaycanda azadlıqlar naminə aparılan bir kampaniyadır!
Kampaniyaya qoşulmaq istəyənlərdən
facebook səhifəmizlə: http://www.facebook.com/azadliqqazeti, elektron poçt ünvanlarımızla: azadliq@azadliq.info və azadliq.newspaper@gmail.com, yaxud (99450) 312 32 30 və (99450) 418 80 52 telefonlara zəng etməklə əlaqə saxlamalarını xahiş edirik.
Qəzetin bank hesabı:
The İnternational Bank of Azeribaijan
“Sahil” Branch
Code: 805595
VOİN: 9900001881
COR/ACC.AZ03NABZ01350100000000002944
Swift: IBAZAZ2X
Azadlıq qəzeti redaksiyası
AZN Hesab: 33308019449748202210
USD Hesab: 333180409748202210
VOEN: 1300512961
Yalnız ABŞ dolları ilə:
İntermediary Bank: Citibank NA, New York, USA
Corr.account: 36083186
SWIFT: CITIUS33
Beneficiary Bank: International Bank of Azerbaijan Republic
Yasamal Branch kod 805142
SWIFT:IBAZAZ2X
Beneficiary: AMIROV FAIQ SAMIDXAN
USD only Account#: 33882018403146388216
Yalnız ABŞ dolları ilə:Master Card hesabı
5490263362113987
“Moneybookers”dən hesabımıza pul köçürmək üçün:
Mr. Faiq Amirli
azadliq.newspaper@gmail.com
Abunə üçün:
(99412) 564 63 45; (99412) 465 67 13 / “Qaya” mətbuat yayımı firması