“WikiLeaks” qurucusu İsveçə ektsradisiya oluna bilər

Yalnız Ekvador hökumətinin mühafizəsi altında

Ekvadorun xarici işlər naziri Rikardo Patino qalmaqallı “WikiLeaks” saytının qurucusu Culian Assancın ölkəsinin mühafizəsi altında Londondan İsveçə göndərilə biləcəyini açıqlayıb. Patino jurnalistlərə açıqlamasında zəruriət yaranacağı təqdirdə Ekvador hökumətinin mühafizəsi altında “WikiLeaks” qurucusunun İsveçə ektradisiya edilməsi ehtimalının olduğunu bildirib..

Bu variantın nəzərdən keçirilən digər variantlar arasında olduğunu deyən ekvadorlu nazir “Assanc mühafizəmiz altındadır və sığınacaq haqqına sahibdir. O, bu haqlarından istədiyi qədər istifadə edə bilər” söyləyib. Rikardo Patino məsələni ingilis həmkarı Uilyam Hoque ilə sentyabrın 27-də BMT-nin Baş Assambleyasının toplantısına qatılmaq üçün gedəcəyi Nyu Yorkda müzakirə edəcəyini təsdqiləyib. Rikardo Patino görüşün iki ölkə hökumətlərinin beynəlxalq hüquq çərçivəsində diplomatik həll etmə niyyətini göstərdiyini də vurğulayıb.

Qeyd edək ki, Culian Assanc iyunun 19-dan Ekvadorun Londondakı səfirliyinə sığınıb. İngiltərə İsveçdə iki qadına təcavüz etməkdə günahlandırılan və bu ölkəyə qaytarılması istənən Assancın Ekvador səfirliyindən çıxacağı təqdirdə şərti azadlıq qaydalarını pozması səbəbindən həbs diləcəyini bildirib. “WikiLeaks” qurucusu isə İsveçə göndəriləcəyi təqdirdə ABŞ-a ekstradisiya olunacağını və bu ölkədə edam cəzasına məhkum ediləcəyini söyləyir.