Putin də “Azadlıq”ın yayımını dayandırdı

Rusiyada “Azadlıq” radiosunun orta dalğada yayımı dayandırılır. Modern..az “İnterfaks”a istinadən bildirir ki, bu barədə “Azad Avropa Radiosu” korporasiyasının nümayəndəsi Yelena Qluşkova bildirib.

“Azadlıq” radiosu noyabrın 10-dan etibarən orta dalğada yayımını dayandırır. Bunu Rusiya qanunları tələb edir. Bizim təsisçilərin 48 faizi əcnəbilərdir. Belə olan halda qanun bu diapazonda yayımlanmağa icazə vermir. Radio yalnız internet üzərindən yayımlanacaq”-deyə o vurğulayıb.