“İstəyirəm ki, nəvələrimin yanında olam”
Keçmiş Milli Təhlükəsizlik naziri, ölkəmizin Özbəkistandakı səfiri Namiq Abbasov “Bizim Yol” qəzetinə kiçik açıqlama verib. O, səhhətində bir sıra problemlərin yarandığı və artıq istirahət etmək qərarına gəldiyi haqda məlumatları demək olar ki təsdiqləyib. Amma bununla bağlı dövlət başçısına hələki müraciət etmədiyini deyib:
«Mən işləyirəm. İşlərim də qaydasındadır. Diplomatik xidmətim davam edir. Amma ürəyimdən keçir ki, artıq dincəlməyin zamanıdır. Mənim nəvələrim var. Bu yaxınlarda nəticəm də olacaq. Nəvə, nəticəmlə birlikdə olmaq ürəyimdən keçir».
Namiq Abbasov MTN rəhbərliyindən getdikdən sonra ona yaxın kadrların «vurulması» ilə bağlı iddialar barədə isə danışmaq istəmədiyini deyib:
«Mən 8 ildir ki, MTN rəhbərliyindən istefa vermişəm. Bu 8 ildə danışmamışam. Çünki, danışsam, hərə bir fikir söyləyəcək. Bu gün prezident Eldar Mahmudova etimad göstərərək, bu vəzifəyə təyin edib. Prezidentin qərarına şərh vermək doğru addım olmaz».