Masallıda dəhşətli yol qəzası baş verdi: 4 ölü, 6 yaralı

Hadisə Ərkivan kəndi ərazisində baş verib

Bu gün saat 09:00 radələrində Masallının Ərkivan kəndi ərazisində 4 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən dəhşətli yol qəzası baş verib. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Tağıyev Manafın idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə İbadov Samirin idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü Manaf Tağıyev, habelə onun sərnişinləri Vüsal Ramazanov, Amil Rəhimov, eləcə də “VAZ-21015” markalı avtomobilin sərnişini Mail Əliyev hadisə yerində ölüblər. “VAZ-21015” markalı avtomobilin sürücüsü və digər 5 nəfər yaralanıb. Yaralananlar Amin İbadov, Ziya Nəsirov, Hafiz Yunusovdur.