Gürcüstanda baş verənlərdə rus barmağı

Saakaşvili ölkədə yaşanan son hadisələrə görə Rusiya ittiham etdi

Gürcüstan prezidenti Mixail Saakaşvii Ədliyyə evinin açılışında iştirak edib. Gürcü prezident çıxışı zamanı Rusiyanın ünvanına sərt ittihamlar səsləndirib. Onun sözlərinə görə, Rusiya Gürcütsan hakimiyyəti ilə pulları və rus metodları ilə mübarizə aparır. Ancaq onlar Gücrüstanı tutduğu yoldan döndərə bilməyəcək.

Saakaşvili əlavə edib ki, Gürcüstanın Rusiyaya meyllənməsi və Moskva lehinə siyasət aparması gələcəyə açılan yolun bağlanması deməkdir. Prezidenti Rusiyaya doğru yolun çoxdan bağlandığını vurğulayıb. Gürcüstan prezidenti bildirib ki, Rusiya onlar ölkə xaricində hərbi təlimlər keçirməklə Gürcüstanı xaricdən qorxutmağa çalışır:“Daxildə isə, bütün Gürcüstanı həbsxanada baş verən zorakılıq meydanına çevirməklə təhdid edirlər. Həbsxanada baş verən olaylarda rus əli var”.

O, həmçinin, Rusiyanın Gürcüstanda hakimiyyəti ələ keçirmək istədiyini də söyləyib:“Gürcüstanın daxilində və xaricində indiki hakimiyyəti devirməyə hazırlaşan qüvvələr var. Biz gürcü xalqını bununla bağlı xəbərdar edirik”.