“Azərbaycan saatı” yayım qrafikini dəyişir. Bu barədə “Azadlıq”a məlumat verən Seymur Həzi bildirib ki, əvvəlki qrafik üzrə sonuncu veriliş bu gün saat 19.00-da efirdə olacaq.
Qeyd edək ki, əvvəlki yayım qrafikində “Azərbaycan saatı” həftənin bazar ertəsi və cümə günləri efirə çıxırdı. Redaktor deyir ki, veriliş yenə də əvvəlki kimi, həftədə iki dəfə yayımlanacaq, lakin əvvəlkindən fərqli olaraq, şənbə və bazar günləri. Növbəti veriliş sentyabrın 29-da Bakı vaxtı ilə saat 21:00-da efirdə olacaq.
Seymur Həzi onu da əlavə edib ki, “Azərbaycan saatı” yenə “Media TV”-də yayımlanacaq: “Studiyanın dizaynında müəyyən dəyişikliklər olacaq və maraqlı çəkilişlərlə tamaşaçıların qarşısına çıxacağıq”.
Ramin