iPhone 5-i belə aldılar (FOTOLAR)

“Apple” şirkətinin ən son məhsulu olan iPhone 5 smartfonu satışa çıxarılıb. Bu mobil telefon ilk olaraq Avstraliyada, daha sonra isə Asiya ölkələrində alıcılara təqdim olunub. Avstraliyada iPhone 5 almaq istəyənlər hələ 2 gün əvvəldən mağazaların önündə çadır quraraq gözləyirdilər.

Bu gün dünyanın ən məşhur smartfonunun satışına Yaponiya, Snqapur, Honq-Konq, Fransa, Almaniya, Böyük Britaniya, Kanada və Amerika Birləşmiş Ştatlarında başlanacaq. Sentyabrın 28-də isə iPhone 5 daha 22 ölkədə alıcılara təqdim ediləcək.

Xatırladaq ki, “Apple” şirkətinin qurucusu Stiv Cobsun ölümündən sonra təqdim olunan iPhone 5-in təqdimatı sentyabrın 12-də San-Fransiskoda keçirilmişdi.