Bu şəxs Moskvada yaşayan Rasim Barğırovdur
Rusiyanın Ulyanovsk şəhərində sui-qəsdə məruz qalmış Ümumrusiya Azərbaycan Konqresinin regional şöbəsinin rəhbəri İslam Hüseynova sui-qəsd edənlərdən daha birinin şəxsiyyəti müəyyən olunub. ANS PRESS-in “Vesti”yə istinadən verdiyi məlumata görə, həmin şəxs Moskvada yaşayan azərbaycanlı Rasim Bağırov adlı şəxsdir.
Xatırladaq ki, İslam Hüseynova qarşı sui-qəsd sentyabrın 11-də Ulyanovskda baş verib. Sui-qəsd nəticəsində soydaşımız yaralanıb, mühafizəçisi isə ölüb. Rusiya Dövlət Təhqiqat Komitəsinin Ulyanovsk regional şöbəsində açılan cinayət işi ilə əlaqədar araşdırma aparılır. Araşdırmalar zamanı İslam Hüseynova sui-qəsd edən şəxslərin idarə etdiyi avtomobilin Moskva qeydiyyatında olduğu məlum olub. İslam Hüseynova sui-qəsd edən Nahid Zahidov və Rasim Bağırovun onun tanışları olduğu aydınlaşdırılıb.
Zahidov və Bağırov barəsində beynəlxalq axtarış elan ediləcək.