Cey Lo “Tofiq Bəhramov”da məşq edir

Bu gün gecə saatlarında dünya ulduzu J.Lo öz komandası ilə Bakıya gəlib. 60 nəfərlik komanda ilə paytaxtımızda qonaq olan Cenifer tamaşaçılar üçün eksklüziv şou nümayiş etdirəcək. Lopez sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda, sentyabrın 23-də isə “Bakı Kristal Zalı”nda çıxış edəcək. Konsert proqramı saat 21:00-da başlayacaq. Hazırda isə ulduz Tofiq Bəhramov adına stadionda məşq edir (show.az).

***

Dünyaca məşhur səhnə ulduzu Cennifer Lopez Bakıdadır. Müğənninin Bakıda solo konsertini təşkil edən “Omnikomo Music Group”dan APA-ya verilən məlumata görə, bu gecə saatlarında öz komandası ilə Bakıya təşrif buyuran Cennifer Lopez hazırda istirahət edir. Səfər çərçivəsində müğənninin şəhərimizlə tanışlığı və gəzintiyə çıxması nəzərdə tutulur. O Bakı tamaşaçıları üçün eksklüziv şou hazırlayıb. Müğənni ilə birlikdə onun 60 nəfərlik komandası da Los-Ancelesdən Bakıya gəlib.