Yunis Hüseynov “Xəzər Lənkəran”dan istefa verdi

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov istefa verib.

Apasport.az saytının məlumatına görə, o, bu qərarını Premyer Liqanın IV turunun “Simurq”la təxirə salınmış oyunundan sonra açıqlayıb.

Qarşılaşmada 0:2 hesabı ilə uduzan cənub təmsilçisinin çalışdırıcısı bunu belə izah edib: “Bu görüşdə futbolçularımız çox pis oynadı. Hətta deyərdim ki, çox bərbad oynadılar. Tapşırıqlarım yerinə yetirilmədi. Belə məsələlərə həssas yanaşam adamam. Bu üzdən istefa verirəm. Ərizəmi yazıb, rəhbərliyə təqdim edəcəm”.