ABŞ prezidenti əleyhinə 5 milyon dollarlıq reklam kampaniyası başladılıb
ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkiləri ərəfəsində Ağ evə rəhbərliyə 2 əsas namizəd demokrat Barak Obama ilə repsublikaçı Mit Romni arasında mübarizə qızışır. Respublikaçı Yəhudi Koalisiyası (RJC) ABŞ əyalətlərindəki yəhudi seçicilər üçün nəzərdə tutulmuş 5 milyon dollarlıq bir televiziya reklam kampaniyası başladıb.
Kampaniyaya Florida, Nevada, Ohayo və Pensilvaniya kimi yəhudilərin əksəriyyət təşkil etdiyi böyük ştatlarda start verilib. Reklam kampaniyasının oktyabrın 5-nə qədər davam edəcəyi bildirilir. Ötən gün yayımlanan ilk reklam çarxında ABŞ prezidenti Barak Obamanın seçicilərin ümidlərini doğrultmadığı mesajı verilib. RJC-nin icraçı direktoru Mət Bruks əvvəl Obamaya səs vermiş ancaq indi iqtisadi siyasəti və İsrailə qarşı mövqeyi səbəbindən “peşman olmuş” yəhudilər olduğunu söyləyib.