“Qalatasaray” 1 qolla yıxıldı; “Barsa” “Real”ı təkrarladı

Sentyabrın 19-da Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilib. İkinci oyun günündə daha 8 qarşılaşma olub.

E qrupunda ÇL-in son qalibi “Çelsi” öz meydanında “Yuventus”u qəbul edib və qələbəni əldən verib – 2:2. Qrupun digər matçında “Şaxtyor”  (Donetsk, Ukrayna) klubu Danimarkanın “Nordsyaelland” komandası ilə qarşılaşıb və inamlı qələbə qazanıb – 2:0.

F qrupunda Almaniyanın köklü klublarından “Bavariya” doğma azarkeşləri önündə “Valensiya” ilə üz-üzə gəlib. Görüş 2:1 hesabı ilə Münhen təmsilçisinin xeyrinə başa çatıb. Digər oyunda isə Belarusun BATE klubu Fransada “Lill”in qonağı olub və 3:1 hesablı qələbəyə sevinib.

G qrupunda “Barselona” evdə “Fənərbaxça”nı ÇL-dən kənarda qoyan “Spartak”ı (Moskva, Rusiya) sınağa çəkib və əzmkar oyunla 3 xal əldə edib – 3:2. Qrupun digər görüşündə “Seltik” (Şotlandiya) və “Benfika” (Portuqaliya) klubları münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə hesab açılmayıb – 0:0.

H Portuqaliyanın “Braqa” klubu doğma meydanda Rumıniyanın “ÇFR Kluj” komandasını qəbul edib. Qonaq komanda 2:0 hesabı ilə qələbə qazanıb. Qrupun böyük maraq kəsb edən oyununda son Türkiyə çempionu “Qalatasaray” klubu İngiltərədə “Mançester Yunayted”in qonağı olub və 0:1 hesabı ilə məğlub olub.

E qrupu

“Çelsi” (İngiltərə) – “Yuventus” (İtaliya) – 2:2
Qollar: Oskar, 31 (1:0), 33 (2:0), Vidal, 38 (2:1), Quagliarella, 81 (2:2)

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Nordsyaelland” (Danimarka) – 2:0
Qollar: Mkitaryan, 44 (1:0), 76 (2:0)

F qrupu

“Bavariya” (Almaniya) – “Valensiya” (İspaniya) – 2:1
Qollar: Şvaynştayger, 38 (1:0), Kroos, 76 (2:0), Valdez, 90 (2:1)

“Lill” (Fransa) – BATE (Belarus) – 1:3
Qollar: Volodko, 6 (0:1), Rodionov, 20 (0:2), Oleknoviç, 43 (0:3), Çedjou, 60 (1:3)

G qrupu

“Barselona” (İspaniya) – “Spartak” (Moskva, Rusiya) – 3:2
Qollar: Tello, 14 (1:0), Alveş, 29-avtoqol (1:1), Romulo, 58 (1:2), Messi, 72 (2:2), 80 (3:2)

“Seltik” (Şotlandiya) – “Benfika” (Portuqaliya) – 0:0

H qrupu

“Braqa” (Portuqaliya) – “ÇFR Kluj” (Rumıniya) – 0:2
Qollar: Bastos, 19 (0:1), 34 (0:2)

“Mançester Yunayted” (İngiltərə) – “Qalatasaray” (Türkiyə) – 1:0
Qol: M.Kərik, 7 (1:0)