Türkiyə mətbuatının xəbərinə görə, məşhur türk aktrisa Ahu Tuğbanın qızı Anjelik Kalvin Obamanın dəvəti ilə Ağ Evdə qonaq olub. Kalvin Florida Everglades Universitetində təhsil alır. O, təhsil illərində xərçəng xəstəliyindən əziyyət çəkən insanlar, qocalar və evsizlər üçün təşkil olunan xeyriyyə tədbirlərində iştirak edib, eyni zamanda universiteti fərqlənmə diplomu ilə bitirib. Bu səbəbdən Barak Obama Everglades Universitetinin dekanı ilə Anjelik Kalvini Ağ Evə dəvət edib.
Məşhur aktrisa qızının yaxşı təhsil alması üçün bütün varidatını xərcləyib. Ahu Tuğbanın qızının Ağ evə dəvət olunduğu xəbərini eşidən kimi sevincdən özündən getdiyi deyilir. Obama Anjelik Kalvinlə söhbətdən razı qaldığını və gənc qızın düşüncələrində heyran olduğunu söyləyib. ABŞ prezidenti qıza “gələcəkdə səni siyasətdə görmək istəyərəm” dediyi də məlum olub.