Müsəlman dünyası Qərbin əleyhinə olsaydı, küçələrə milyonlar çıxardı

O.Roy: “Orta əsrlərdə Məhəmməd peyğəmbərin şəkilləri çəkilirdi”

“Azadlıq Radiosu” İslam və Yaxın Şərq siyasəti üzrə kitablar müəllifi, fransalı ekspert Olivier Roy və britaniyalı hərbi tarixçi, islamdan yazılar müəllifi  Tariq Ali ilə söhbət edib. Suallar Məhəmməd peyğəmbəri satirikləşdirən “Müsəlmanların məsumluğu” filmi və bu filmin müsəlmanlar arasında doğurduğu qəzəb və kütləvi   etirazlar haqdadır.

Bu sivilizasiyaların toqquşması deyil

Azadlıq Radiosu:
– Niyə bu aşağı səviyyəli film müsəlman dünyasında belə narazılıq dalğası yaratdı?
Niyə o  biri dinlərdən və regionlardan fərqli olaraq  dini gözdən salmaq müsəlman dünyasında zorakılığa gətirir?  
Tariq Ali:
– Sizin sualınız əslində belə olmalı idi: niyə bu karikaturalar, filmlər məhz indi düzəlir?
Niyə keçən əsrin axırlarında yox idi? Bu filmlər ortaya  ona görə məhz indi çıxır ki,  müsəlman dünyası ABŞ-a və onun müttəfiqlərinə genişlənir. Bu da islamdan qorxu mühiti yaradır. Bu ölkələrdə liberallar var, ancaq sağçılar və ekstremist sağçılar da var. Onların fikrincə, belə vəziyyətdə müsəlmanlara qarşı provoksaiya təşkil etmək yaxşı vasitədir. Müsəlman reaksiyası da eyni səbəbdəndir. Eyni hisslər ərəb dünyasındadır.   Onlar özlərini işğal olunmuş hesab edirlər. Onlar qəzəblidirlər. Siz bunları dünya siyasətindən ayıra bilməzsiniz.
Olivier Roy:
– Məsələ islamda deyil. Məsələ siyasətdədir. Biz indi Yaxın Şərqdə bir növ üçbucaqdayıq. Bir tərəfdə Ərəb Baharı, o bir tərəfdə İslamın çox sərt təfsirinin və cihadın tərəfdarı sələfilər və 3-cü tərəfdə İranpərəst koalisiya. Sələfilər və iranpərəstlər istənilən məsələdən ərəb küçələrini Qərbə qarşı qaldırmaq üçün istifadə edir. Onlar bununla ərəb baharının da altını qazırlar. Bu, sivilizasiyaların toqquşması deyil. Bu, siyasətdir.  

Dözümsüzlük…

Azadlıq Radiosu:
– Niyə islama tənqidi yanaşılan filmlərə, kitablara müsəlman dünyasında belə dözümsüzlük var?
Olivier Roy:
– Bu ölkədən asılıdır. Siz Türkiyədə bunu edə bilərsiniz, ancaq Misirdə etmək çətindir. Bu, yenə siyasətdir. Yerli hökumətin sələfilərin dəstəyinə ehtiyacı varsa, onda bu ölkədə tənqidə dözümsüzlük  var. Əgər hökumət neytraldırsa və ya demokratikdirsə onda tənqidlə bağlı problem yoxdur
Azadlıq Radiosu:
– Niyə başqa ziddiyyətli, mübahisəli sənət əsərləri bu film  qədər narazılıq doğurmadı, bu film isə doğurdu?
Olivier Roy:
– Bu film sənət əsəri deyil. Bu, qıcıqlandırıcı vasitədir. Və problem bunun siyasi manipulyasiyasındadır.


 Anti-Qərb əhvalı ?

Azadlıq Radiosu:
–  Bəzi şərhçilər deyirlər ki, bu filmə narazılıq müsəlman dünyasında Qərb əleyhinə olan əhvalı göstərir.
Olivier Roy:
– Etirazlara xırda azlıq çıxıb. Çünki siyasi motivlidir. Əgər müsəlman dünyası Qərbin əleyhinə olsaydı, küçələrə milyonlar çıxardı. Küçələrə isə minlər çıxıb.

Kim kimdir ?

Azadlıq Radiosu:
– Ekstremist müsəlman dairələri bu narazılıq dalğasında hansı rolu oynayır? Filmə reaksiyada müsəlman dünyası bölünürmü?
Olivier Roy:
– Sələfi islam var, liberal islam var, var mühafizəkar islam.  Məsələ islamda deyil. Məsələ onun hansı növdən olmasında, ideologiyadadır. İslamçılar var, sələfilər var. İslamçılar indiki dövrdə  mövqe tutmalıdırlar: ya sələfilərdən olmaq ya da sələfilərlə vuruşmaq. Təbii ki, mövqe bildirməkdən yayınmaq da olar. Tunisdə, məsələn, islamçılar mövqe bildirmək istəmirlər. Ancaq Liviyada, Misirdə əksinədir. Müsəlman Qardaşlığı sələfilərin üstə ordunu artıq göndərib.

Məhəmməd Peyğəmbərin şəkli

Azadlıq Radiosu:
– Bəzi siyasi şərhçilər deyirlər ki, Məhəmməd peyğəmbərin şəklinin çəkilməsi İslamın ruhuna ziddir. Bu doğrudurmu?
Olivier Roy:
– Bu, yozumdur. Tarixdə Məhəmməd peyğəmbərin çoxlu şəkilləri olub. Məhəmməd peyğəmbərin şəklinin çəkilməsinə ümumi qadağan yoxdur. Bu, Sələfilərin baxışıdır və bu Sələfi baxışı indi aparıcı rol oynayır. Əgər siz orta əsrlər miniatürlərinə baxsanız, peyğəmbərin çoxlu surətlərinə rast gələrsiniz. Məsələ ondadır ki, Məhəmməd peyğəmbərin bir dənə qəbul olunmuş şəkli yoxdur.
Müsəlman dünyasında isə peygəmbərin şəkilləri ilə bağlı nəhəng ikonoqrafiyaya rast gələ bilərsiniz.O cümlədən Pakistanda. Pakistanda 1960-cı illərə qədər dükanlarda Məhəmməd  peyğəmbərin şəklini almaq olardı. Bu, yalnız son illərin, özü də Sələfi yozumudur.
Tariq Ali:
– Məhəmməd peyğəmbərin sual altına alınması yolverilməzdir. Şəklin çəkilməsi bütpərəstliyin bir növü olardı ki, bu da İslamın ruhuna büsbütün ziddir. Peyğəmbərə hücumu öz mədəniyyətlərinə hücum hesab edirlər, ona görə insanlar belə reaksiya verir. Qaldı ki, provokasiyaya, onlar bilirlər ki, bu film provokasiyadır və bunu bilərək provokasiyaya gedirlər.

Azadlıq Radiosu:
– Bunun axırı necə olacaq?

Tariq Ali:
– Qabağa getmək – həyatda öz yolunu açmaqdır. Təkcə müsəlman dünyasında yox.
Hazırki məqamda Qərb dünyasından demokratiya azaldıqca, insanlar boşluğu doldurmaq üçün ya Çin millətçiliyinə doğru gedir ya da Ərəb dünyasında olduğu kimi dinə.