ulduz fali

Günün ulduz falı (20.09.12)

QOÇ
Istənilən çətin işlərin həlli üçün münasib gündür. Bu gün hərəkətə keçməyə sizə yalnız işləmək istəyinin olmaması mane ola bilər. Elə ki, daxili “düşməninizə” qarşı çıxa bildiz, deməli, situasiya yaxşılığa doğru inkişaf etməkdədir. Məhsuldar əməkdaşlıq da gözlənilir.
BUĞA
Büdcə planlaşdırması və ya maliyyə məsələlərinin müzakirəsi baxımından uğurlu gündür. Gün yeni nələrinsə öyrənilməsi baxımından da əlverişlidir. Günün gedişi gələcək planlara nəzər salmağa vadar edəcək. Professional mövqeyinizi möhkəmlətmək üçün məhsuldar gündür.
ƏKIZLƏR
Inadkarlıq, məqsədə çatmaq əzmi sizə yardımçı olacaq. Buna görə də çətin tapşırıqlardan yapışmaq olar. Axşamüstü vacib informasiya alacaqsınız. Ehtimal ki, ailədə liderlik üstündə mübahisə yaşanacaq. Günün ikinci yarısı ictimai yerlərin ziyarəti üçün münasibdir.
XƏRÇƏNG
Başqalarının ehtiyacına, istəklərinə qarşı biganə durmayacaqsınız. Ünsiyyət baxımından əlverişli gündür. Yaradıcılıq potensilı da yüksəkdir. Bu günə romantik görüş təyin etmək olar. Ehtimal ki, gözlənilməz təklif alacaqsınız. Təklifi qəbul etməyinizə isə peşman olmayacaqsınız.
ŞIR
Ətrafınızda baş verənlərə baxmayaraq siz sakitliyinizi qoruyub saxlayacaqsınız. Bu həsəd aparıcı mövqedir. Ətrfadkılar sizə təzyiq göstərməyə çalışacaq. Siz isə öz bildiyiniz kimi hərəkət edəcəksiniz. Təklikdə işə başlamağa qorxmayın.
QIZ
Günün hadisələri sizi məqsədə doğru aparacaq. Sizə lazım olana çatmaq şansı böyükdür. Bu üzdən də hərəkətdə olun ki, məqamı itirməyəsiniz. Daşınmaz əmlakın kirayəyə verilməsi, alışı və ya tikinti işlərilə məşğul olmaq üçün münasib gündür.
TƏRƏZI
Məqsədə çatmağa çalışacaqsınız. Müttəfiqlərlə ünsiyyətdə olmaq üçün münasib gündür. Həyata baxışlarınız üst-üstə düşən adamları ətrafınıza toplayacaqsınız. Köhnə romantik münasibətin bərpası da gözlənilir. Köhnə hisslərin baş qaldırmasına özünüz də təəccüblənəcəksiniz. Ailəli “Tərəzi”lər üçün gün uşaqlarının qayğı və sağlamlığının qeydinə qalmaqla bağlı olacaq.
ƏQRƏB
Günü sakit başa vurmaq istəyirsinizsə, onda sakitliyinizi qorumağa çalışın. Tez reaksiya tələb etməyən işlərə köklənməyiniz məsləhətdir. Yolunu azmış birisinə yaxşı məsləhətlər verəcəksiniz. Bürcün bəzi nümayəndələri ədəbiyyatla bağlı olduqlarını kəşf edəcəklər.
OXATAN
Rəqiblərinizi çox geridə qoyacağınız ehtimal olunur. Hansısa işgüzar, amma sizin üçün xoş olmayan bir qadının işlərinizə müdaxilə etməsi günün arzuolunmaz anı olacaq. Bu gün hisslərin sizi idarə etməsinə izn verməyin. Mövqeyinizi sakit müstəvidə müdafiə edin. Köhnə dostunuz xoş xəbərlə sizi sevindirəcək.
OĞLAQ
Işgüzar danışıqlar üçün münasib gündür. Mötəbər şəxslərlə aranızda fikir ayrılığı olmayacaq. Uzunmüddətli müqavilə imzalayacağınız ehtimal olunur ki, sizin gələcəyiniz ondan asılıdır. Ailədə mübahisələrdən qaçın. Ehtimal ki, yeni tanışınız olacaq. Ulduzlar ona aşiq olmamağa çağırır, sonluq uğurlu deyil.
DOLÇA
Sakitliyinizi həmişə qoruya bildiyiniz üçün ətrafdakılar yardıma üstünüzə qaçacaqlar. Istənilən başlanğıc üçün uğurlu gündür. Amma bu gün yaxınlarla birbaşa dil tapa bilməyəcəksiniz. Sevgilinizlə aranızda mübahisə olacaq. Olanları yumorla qarşılamaqla davanın qarşısını alacaqsınız.
BALIQLAR
Adi gün deyil. Intellektual zəhmət kifayət qədər rahatlıq gətirəcək. Problemlərin həlli yolunu tapacaqsınız və buna görə özünüzlə fəxr edəcəksiniz. Günün ikinci yarısına uğurlu səyahət gözlənilir. Ehtimal ki, qiymətli hədiyyə və ya pul alacaqsınız.