Suriyalı müxaliflər sərhəd məntəqəsini ələ keçirdi

Gömrük binasının damında asılan Suriya bayrağı endirildi

Türkiyənin Şanlıurfa vilayətinin Akçaqala kəndindən bir neçə yüz metr aralıda yerləşən Suriyanın Telabyad sərhəd-keçid məntəqəsində müxaliflərlə hökumət qüvvələri arasında şiddəli döyüşlər yaşanıb. Səhər saatlarında üsyançılar gömrük məntəqəsini ələ keçirərək, binanın damında asılmış Suriya bayrağını endiriblər. Sərhədə yaxın ərazidə atılan bombalar səbəbindən mahalın sərhədə yaxın hissəsində yerləşən məktəblər tətil elan ediblər.

Vətəndaş müharibəsinin davam etdiyi Suriyada müxliflərlə hökumət qüvvələri arasındə gedən döyüşlər aylardır ölkənin sabit şəhərlərindən biri Rakkaya sıçrayıb. Rakka şəhərində 3 gün davam edən döyüşlərdə müxaliflər Türkiyə ilə sərhəd keçid məntəqəsini ələ keçirmək üçün əsgərlər üzərinə hücuma keçmişdilər. Yaşanan silahlı qarşıdurma zamanı çoxlu sayda insanın öldüyü bildirilir.