Terrorçular əsgərlərin olduğu konvoya hücum etdi: 7 ölü, 63 yaralı…
PKK terror təşkilatının üzvləri Türkiyə silahlı qüvvlərini hədəf alan növbəti qanlı aktı reallaşdıblar. Türk əsgərlərini daşıyan hərbi avtomobil karvanı ölkənin cənub-şərqində, Bingöl-Muş yolunda terrorçuların hücumuna məruz qalıb.
Bingöl valisi Mustafa Hakan Güvənçər hücum nəticəsində 7 əsgərin öldüyünü, 63 əsgərin isə yaralandığını söyləyib. Vali 63 yaralıdan 7-nin vəziyyətinin ağır olduğunu bildirib. O, şəhidlərin sayının artmaması üçün dua etdiklərini deyib.
Məlumata görə, hərbi karvan Bingöl-Muş marşrutu ilə hərəkət etdiyi zaman PKK-çılar əsgərlərin olduğu maşın və avotbusları qumbaraatanlarla atəşə tutub. Karvana daxil olan hərbi maşınlardan biri yanıb.
Hadisə yerinə əlavə qüvvələr və ambulanslar göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.