Obamanın bu şəkli ABŞ-ı qarışdırdı

ABŞ prezidenti Barak Obamanın seçki kampaniyası çərçivəsində Ohayo ştatının Sinsinnati şəhərindəki çıxışı zamanı çəkilən bir fotol olay yaradıb.
Görüşü işıqlandıran jurnalistlərdən birinin Twitter-ə yüklədiyi şəkildə ABŞ prezidentinin xalqa səsləndiyi platformanın arxasındakı yaşıllıq sahədə, uzaqda üzünü əks istiqamətə çevirmiş bir nəfər görünür.
ABŞ-ın bir çox xəbər saytları həmin adamın “zəruri ehtiyacını ödədiyini” iddia edib. Bundan sonra Obamanın təhlükəsizlik xidməti məsələyə aydınlıq gətimək məcburiyyətində qalıb.
Xidmətin sözçüsü Edvin Donovan məlumat verib ki, şəkildəki həmin adam onların əməkdaşıdır və o anda təhlükəsizlik məqsədiylə ətrafı izləiyirdi. Donavan xəbər saytlarının yazdıqlarının həqiqət olmadığını dedi.