Obama yüksəlişdə

ABŞ prezidenti yenə əsas rəqibini üstələdi

ABŞ-da keçiriləcək prezident seçkilərinə dair aparılan sonuncu rəy sorğusunun nəticələri açıqlanıb. “NBC News” və “The Wall Street Journal”-ın keçirdiyi birgə rəy sorğusuna görə, indiki prezident demokrat Barak Obama noyabrdakı seçkilərdə əsas rəqibi olacaq respublikaçı Mit Romnini 5 faiz qabaqlayıb.

Rəy sorğusunun nəticələri ABŞ-da ötən cümə günü açıqlanan son məşğulluq məlumatlarının müsbət olmamasına baxmayaraq Obamanın Romnini qabaqlaması gözlənilməz qarşılanıb.