Gürcüstanın cəzaların icrası işləri üzrə naziri Xatun Kalmaxelidze istefa verib. Yerli mətbuatın xəbərinə görə, nazirin istefasına səbəb sentyabrın 18-də həbsxanada məhkumların döyülməsi və təcavüzünü əks etdirən videokadrların internetdə yayılması olub.
Nazir istefa qərarını açlıqlayarkən “rəhbərliyim dövründə insan hüquqlarının qorunmasına çalışdım, lakin görünür bu səylər kifayət etməyib” deyib. Xatırladaq ki, Gürcüstanın Daxili İşlər Nazirliyi cəzaçəkmə müəssisələrindən birində məhkumlara qarşı qeyri-insani davranışı əks etdirən faktlar ortaya çıxarıb.
8 saylı həbsxanasında işləyən və orada məhbuslara işgəncə verərək videoya çəkən zabit Dato Akobiya Gürcüstan-Ermənistan sərhədində saxlanılıb. Məlumata görə, hazırda vəkillərə Akobiyanın harada olduğu məlum deyil. Yayılan məlumata görə, gürcü zabit Gürcüstandan Ermənistana keçərkən sərhəddə saxlanılıb.