Vitse-spikerin qohumları ilə mühafizə xidmətinin əməkdaşları dalaşıb
Milli Məclisin binası qarşısında qalmaqal yaşanıb. Hadisə bir neçə gün əvvəl baş verib. Redaksiyamıza daxil olan məlumatlara görə, bir neçə nəfər avtomobillə binanın qarşısına gəlib.
Mühafizəçilər həmin şəxslərdən avtomobili bir qədər kənarda saxlamağı xahiş edib. Lakin onlar mühafizəçilərin xahişinə məhəl qoymayıb. Həmin şəxslər özlərini Milli Məclisin vitse-spikeri Bahar Muradovanın qohumları kimi təqdim ediblər və bildiriblər ki, bu, avtomobili parlament binasının qarşısında saxlamaq üçün yetərli əsasdır. Mühafizəçilər isə onların dediklərini qəbul etməyiblər. Nəticədə mübahisə yaranıb. Bir qədər sonra isə mübahisə dava-dalaş həddinə çatıb. Bahar Muradovanın qohumları hay-küy salsalar da, nəticəsi olmayıb. Mühafizəçilər onları binadan uzaqlaşdırıb.
Hikmət