Gürcüstanda kütləvi həbslər

Gürcüstanda Tiflis yaxınlığındakı Qldani həbsxanasında baş verən işgəncə faktları ilə bağlı cinayət işi qaldırılıb və 10 nəfər həbs edilib.

Lent.az-ın Gürcüstan KİV-ə istinadən verdiyi xəbərə görə, həbs edilənlər arasında həbsxananın rəisi David Çkadua da var. Bu gün o da məlum olub Ki, kameralarda dustaqlara verilən işgəncələrin lentə alınmasını həmin həbsxanada cəza çəkən keçmiş polis generalı Tamaz Tamazaşvili və milyonçu iş adamı Tamaz Elizbaraşvili sifariş ediblər. Həmin kadrlar isə Gürcüstan müxalifətinin lideri Bidizna İvanişviliyə məxsus “Maestro” və “9-cu kanal” telekanallarında göstərilib.