QOÇ
Heç kəslə hesablaşmadan hərəkət edirsiniz. Yaxın ətrafla ünsiyyətdə olarkən, eyhamverici ifadələrdən uzaq durun. Öz istəklərinizi nə qədər açıq danışsanız. Bir o qədər söhbət uğurlu alınar. Yeni tanışlığa can atanlar bu gün bunu reallaşdıra bilərlər.
BUĞA
Çətinliklər sizi qorxutmayacaq. Xoşbəxtlikdən əziyyətiniz də hədər getməyəcək. Başlıcası müvafiq müttəfiq seçməkdir. Çoxdan sizi narahat edən münasibətləri də aydınlaşdıracaqsınız. Son günlər mübahisə edən sevgililər münasibətlərində yeni səhifə açacaqlar.
ƏKIZLƏR
Görüş və danışıqlar aparmaq üçün uğurlu gündür. Bürcün bəzi nümayəndələrini işdə məhəbbət macərası gözləyir. O cümlədən dostluq münasibətlərinin sevgi məcrasında inkişafı gözlənilir. Istənilən incəsənət nümunəsinin alışı üçün əlverişli gündür.
XƏRÇƏNG
Gün işgüzar sferadakı dəyişikliklərlə bağlı olacaq. Gələn təkliflər maraqlı olacaq. Yeni tapşırıqlardan çəkinmədən təklifi qəbul etməyiniz məsləhətdir. Gün qiymətli əmlakın satışı baxımından da əlverişlidir. Yaxın ətraf dar gününzdə imdadınıza yetəcək.
ŞIR
Əks cinsin nümayəndələrilə ünsiyyətdə olmaq üçün münasib gündür. Siz istənilən ürəyə yol tapa biləcəksiniz. Bu gün köməyə ehhtiyacınız olarsa, onda qadınlara müraciət etməyiniz məsləhətdir. Çünki onların məsləhəti daha faydalı olacaq. Gün maliyyə problemlərinin həlli üçün də münasib sayılır.
QIZ
Işgüzar danışıqların aparılması üçün münasib gündür. Mənasız mübahisələrə vaxt ayırmayın və gördüyünüz işlə özünüzü doğruldun. Eyhamlara münasibətini gizlətməyi xoşlayan adamlarla ünsiyyətdən qaçın. Bu gün hamıya inanacaqsınız. Bu da günün ikinci yarısında anlaşılmazlığa gətirib çıxaracaq.
TƏRƏZI
Öz işlərinizi kənara qoyub, başqalarının problemlərinin həlli ilə məşğul olacaqsınız. Bu gün maliyyə işlərində uğur gözlənilir. Ehtimal ki, gəliriniz olacaq. Axşam saatlarında yorğun olduğunuzu hiss edəcəksiniz. Yaxınlarla həyəcanınızı paylaşın. Sözsüz ki, kömək alacaqsınız.
ƏQRƏB
Işlər çoxalacaq. Amma bu sizi kədərləndirməyəcək, əksinə sevindirəcək. Ətrafdakılara yardım edin, çünki yaxın zamanlarda sizin də onların köməyinə ehtiyacınız olacaq. Bu gün sevgidə də bəxtiniz gətirəcək. Ehtimal ki, faydalı sövdələşməyə imza atacaqsınız.
OXATAN
Yeni layihə üzərində işləmək üçün münasib gündür. Ətrafdakılar sizin ideyalarınızla hesablaşacaqlar. Ali məqsədlərə çatacağınıza şübhə ilə yanaşmayın. Ancaq bu gün fiziki işlə, taxta və ya digər təbii materiallarla təmasda olanlar üçün gün uğurlu deyil. Onları allergik reaksiyalar gözləyir.
OĞLAQ
Çətin problemlərin öhdəsindən gələcəksiniz. Gün təhsil almaq baxımından da məhsuldardır. Günün ikinci yarısında xoş görüşlər gözlənilir. Diqqət mərkəzində olmağınız sizi sevindirəcək. Maraqlı tanışlıq da gözlənilir.
DOLÇA
Güclü intuisiyaya sahibsiniz. Bunun sayəsində hadisələrin gedişini öncədən müəyyənləşdirməyi bacaracaqsınız. Mötəbər şəxslərdən kömək istəyə bilərsiniz, rədd cavabı almayacaqsınız. Bu gün qarderobunuzu da yeniləyə bilərsiniz. Əhvalınızın yaxşı olması üçün vaxtında yatmağınız məsləhətdir.
BALIQLAR
Bürcün bəzi nümayəndələri güclərini yeni sferada sınaqdan keçirmək xəyalına düşəcəklər. Ulduzlar uğur qazanacağınızdan xəbər verir. Gün ailə problemlərinin həlli, qohumlarla görüş üçün də münasibdir. Yumor hissiniz ünsiyyətin yaxşı istiqamətdə inkişafını tənzimləyəcək.

Günün ulduz falı (19.09.12)
•