Fatih Terim ingilis polisi ilə dalaşdı

“Qalatasaray”ın baş məşqçisi türk azərkeşlərin saxlanılmasına etiraz bildirib

UEFA Çempionlar Liqasının “H” qrupunda bu gecə “Mançester Yunayted” klubu ilə qarşılaşacaq Türkiyənin “Qalatasaray” komandası İngiltərəyə çatıb. Türkiyə mətbuatına verdiyi məlumata görə, “Qalatasaray” klubunun üzvlərini Mançester hava limanında qarşılayan türk azarkeşlərdən ibarət bir qrup məşəllər yandırıb.

İngiltərə polisi öz növbəsində iki türk azarkeşini saxlayıb. Bundan sonra Fatih Terim komanda üzvlərini aparan avtobusdan enərək ingilis polislərə yaxınlaşıb. “Qalatasaray”ın baş məşqçisi saxlanılan türk azarkeşlərin buraxılmasını tələb etsə də, buna nail ola bilməyib. Bundan sonra “Qalatasaray”lı futbolçuların olduğu avtobus hava limanı ərazisindən uzaqlaşıb.