20 ölkədə Fransanın diplomatik nümayəndəliyi bağlanacaq

Sentyabrın 21-də – cümə günü dünyanın 20 ölkəsində Fransanın diplomatik nümayəndəlikləri bağlı olacaq.

APA-nın məlumatına görə, səbəb Fransada nəşr olunan “Charlie Hebdo” satirik jurnalında Məhəmməd peyğəmbərin karikaturalarının dərc edilməsidir. Faransa XİN təhlükəsizlik məqsədilə 20 ölkədə Fransa səfirliyi, konsulluğu, mədəni mərkəzləri və məktəblərinin bağlanacağını açıqlayıb. XİN bir sıra ölkələrdən Fransa səfirliklərinin mühafizəsinin gücləndirilməsini tələb edib.