Beyləqan mərkəzi bazarında işləyən 50-yə yaxın sahibkar sentyabrın 19-da rayon icra hakimiyyəti qarşısında etiraz aksiyası keçirib.
Sahibkarların AzadlıqRadiosuna verdiyi məlumata görə, onların etirazına səbəb mərkəzi bazarın əsas yola çıxan qapısının bağlanmasıdır. Sahibkarlar hesab edir ki, bazarın əsas giriş qapısının qaynaq edilməsi onların ticarətinə mənfi təsir göstərməkdədir.
Onlar belə bir addımın hansı səbəbdən atılmasını bilmirlər və tələb edirlər ki, bazarın əsas giriş qapısı açılsın.
Sahibkarlardan aldığımız məlumata görə, bir qədər sonra icra başçısı onları qəbul edib və bazarın qaynaq edilmiş qapısının açılmasına göstəriş verib.
Beyləqan İcra Hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmayıb (“Azadlıq” radiosu).