Şahin Həsənlinin səhhətində problem yaranıb

Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan AXCP üzvü, vicdan məhbusu Şahin Həsənlinin məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün məhkəməyə müraciət olunub. Məlumatı “Media forum” saytına vəkil Əlayif Həsənov verib.

Əlayif Həsənov qeyd edib ki, Şahin Həsənli ümumi rejimli cəzaçəkmə müəssisəsində saxlanır, qanun onun məntəqə tipli müəssisəyə köçürülməsinə imkan verir: “Şahin Həsənlinin cəza çəkdiyi yerin dəyişdirilməsi üçün Qaradağ Rayon Məhkəməsinə müraciət etmişik”.

Sentyabrın 19-da Şahin Həsənli ilə görüşdüyünü bildirən vəkilin sözlərinə görə, vicdan məhbusunun səhhətində ciddi problemlər yaranıb: “Ürək sancmaları və onurğa ağrılarından əziyyət çəkir. Dərmanlar qəbul etsə də, nəticəsi yoxdur”.

Şahin Həsənli 2011-ci ilin martında tutulub. İstintaq onun üstündən 5 ədəd patron çıxdığını iddia edib. AXCP fəalı Şəmkir Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub.