Təxribatçı filmə qanlı etiraz

Əfqanıstanda qadın kamikadze “İslamın məsumiyyəti”nə görə qisas aldı

Əfqanıstanın paytaxtı Kabildə beynəlxalq hava limanının yanında kamikadze qadın minalanmış avtomobili xarici vətəndaşların olduğu mikroavtobusun üzərinə sürüb. Terror aktına görə məsuliyyəti üzərinə götürən radikal islamçı qrup bununla da ABŞ-da Məhəmməd peyğəmbəri təhqir edən filmin çəkilişinə etirazlarını bildirdiklərini söyləyiblər.

“CNN”-nin xəbərinə görə, partlayış nəticəsində 8 xarici və onların sürücüsü həlak olub, 10 nəfər yaralanıb. Terror hadisəsindən dərhal sonra hücuma görə məsuliyyəti “Hezb-i-islami” qruplaşması üzərinə götürüb. Terrorçuların bəyanatında deyilir ki, partlayış Məhəmməd peyğəmbərin təhqir edildiyi “İslamın məsumiyyəti” filminə görə qisas olub. “Hezb-i-islami”nin təmsilçisi bildirib ki, partlayışı üzərinə “şəhid kəməri” taxmış qadın gerçəkləşdirilib.