Əliyev Kabzona orden verdi

Ölkə başçısı İlham Əliyevin rusiyalı müğənni İosif Kobzonun Azərbaycanın «Dostluq» ordeni ilə təltif edilməsi haqda sərəncam imzalayıb. “AzerTac”ın məlumatına görə, dövlət başçısının sərəncamında deyilir ki, mükafat Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında musiqi mədəniyyəti sahəsində əməkdaşlığın genişləndirilməsində göstərdiyi səmərəli fəaliyyətə görə verilib.