Fransızlar Sarkozi üçün darıxıb

44 faiz seçici onun, 26 faiz isə Ollandın yenidən prezident olmasını arzulayır

Fransadakı “Harris Interactive” sosial araşdırma mərkəzinin keçirdiyi rəy sorğusunda maraqlı nəticələr ortaya çıxıb. Fikri soruşulan fransız seçicilər keçmiş prezident Nikola Sarkozi üçün darıxdıqlarını bildiriblər. Rəy sorğusuna qatılanların 44 faizi Nikola Sarkozinin yenidən prezident seçiləcəyi təqdirdə Fransua Ollanddan daha yaxşı prezident olacağını söyləyib.

Sentyabrın 13 və 14-ü aralığında keçirilən rəy sorğusunun nəticələrinə görə, fransızların 26 faizi hazırki ölkə başçısı sosialist Fransua Ollandın Nikola Sarkozidən yaxşı prezident olduğunu düşünür.