Çempionlar Liqası: “Real” möcüzə ilə başladı

Sentyabrın 18-də Çempionlar Liqasının qrup mərhələsinin oyunları başlayıb. İlk gündə 8 oyun keçirilib.
Oyunlardan yalnız birində qol vurulmayıb. C qrupunda “Milan” öz meydanında “Anderlext”lə qolsuz heç-heçə edib. Qrupun ikinci qarşılaşmasında isə Rusiyanın “Zenit” komandası İspaniyada “Malaqa”ya 0:3 hesabı ilə uduzub.
Ən çox qol isə A qrupunda “PSJ”-“Dinamo Kiyev” və D qrupunda “Real Madrid”-“Mançester Siti” qarşılaşmalarında qeydə alınıb. Hər ikisində 5 qol.
“PSJ” rəqibini 4:1, “Real Madrid” isə 3:2 hesabı ilə məğlub edib.
“Real Madrid”-“Mançester Siti” qarşılaşması gecənin bəlkə də ən dramatik oyunu olub. Belə ki, komandalar fasiləyə qədər qapılara yol tapa bilməyiblər. Bütün qollar oyunun ikinci yarısında vurulub. Birinci hissədə xüsusən də qapıçı Hartın oyunu “Real Madrid”in qol vurmaq cəhdlərini heçə endirib.
Hesabda əvvəlcə “Mançester Siti” irəli çıxıb. 69-cu dəqiqədə Ceko fərqlənib. 76-cı dəqiqədə Marselo “Real”ın bərabərlik qolunu vurub. 85-ci dəqiqədə “Mançester Siti”li Kolarov komandasını yenə önə çıxarıb. Lakin komandanın sevinci uzun sürməyib. 86-ci dəqiqədə Benzema hesabı yenidən bərabərləşdirib, 90-cı dəqiqədə isə Ronaldo “Real”ın qələbə topunu vurub.
Qarşılaşmalardakı nəticələr:

A qrupu

“Dinamo Zaqreb”-“Porto” – 0:2
Qollar: Qonzales, 41 (0:1), Defour, 90 (0:2)

“PSJ”- “Dinamo Kiyev” – 4:1
Qollar: İbrahimoviç, 19-pen (1:0), Silva, 30 (2:0), Aleks, 32 (3:0), Veloso, 87 (3:1), Pastore, 90 (4:1)

B qrupu

“Monpelye”-“Arsenal” – 1:2
Qollar: Berhanda, 9-pen (1:0), Podolski, 16 (1:1), Cervinyo, 18 (1:2)

“Olimpiakos”-“Şalke” – 1:2
Qollar: Hövedes, 41 (0:1), Abdoun, 58 (1:1), Huntelar, 59 (1:2)

 C qrupu

“Milan”-“Anderlext” (Belçika) – 0:0

“Malaqa”-“Zenit” – 3:0
Qollar: İsko, 3 (1:0), 76 (3:0), Saviola, 13 (2:0)

 D qrupu

“Borussiya Dortmund”-“Ayaks” – 1:0
Qol: Levandovski, 87 (1:0)

“Real Madrid”-“Mançester Siti” – 3:2
Qollar: Ceko, 69 (0:1), Marselo, 76 (1:1), Kolarov, 85 (1:2), Benzema, 86 (2:2), Ronaldo, 90+1 (3:2)