Qənirə Paşayevanın bacısına vəzifə verdilər

Millət vəkili Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) tərkibində yaradılan Bakı Ali Neft Məktəbinin mətbuat xidmətinin rəhbəri təyin olunub. Bu barədə Modern.az saytına Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov məlumat verib.

Kamalə Paşayeva bu təyinatadək bacısı Qənirə xanlmln rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyində çalışıb.

Bakı Ali Neft Məktəbi Prezident İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı ilə yaradılıb. Ali məktəbin yaradılmasında məqsəd beynəlxalq standartlara uyğun ən müasir tədris planları və tədris texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə ehtiyacını ödəməkdir.